İran Ali Milli Təhlükəsizlik Şurasının katibi infarkt keçirib

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi infarkt keçirib
# 12 aprel 2014 10:48 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi infarkt keçirib. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, Əli Şəmxani aprelin 11-də Tehran şəhərindəki xəstəxanalardan birinə aparılıb və dərhal ürəyindən əməliyyat olunub. Cərrahiyyə əməliyyatından sonra onun vəziyyətinin yaxşı olduğu və həkim nəzarəti altında saxlanıldığı bildirilir.

Ə. Şəmxaninin infarkt keçirməsinə yüksək təzyiq və əsəb gərginliyinin səbəb olduğu vurğulanır. Həkimlər müalicə başa çatdıqdan sonra onun normal fəaliyyətə başlaya biləcəyini açıqlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR