Azərbaycan paytaxtında sabah havanın temperaturu 28 dərəcəyə yüksələcək - YENİLƏNİB

Azərbaycan paytaxtında sabah havanın temperaturu 28 dərəcəyə yüksələcək - <span style="color: red;">YENİLƏNİB
# 17 oktyabr 2013 09:54 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, səhər bəzi yerlərdə zəif duman müşahidə olunacaq. Cənub küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 14-17, gündüz 23-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 18-də yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 22-27 dərəcə, dağlarda gecə 3-8, gündüz 15-20 dərəcə isti olacaq.

Oktyabrın 18-də Abşeron yarımda mülayim hava şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR