ADA Universitetində kitabxanaçılıqla bağlı I beynəlxalq elmi konfrans keçirilir - FOTOSESSİYA

ADA Universitetində kitabxanaçılıqla bağlı I beynəlxalq elmi konfrans keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 01 aprel 2014 08:34 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Bu gün ADA Universitetində Kitabxana-informasiya sahəsində əldə edilmiş nəzəri və təcrübi nəaliyyətlərin tətbiqi mövzusunda I beynəlxalq elmi konfrans keçirilir.

APA-nın məllumatına görə, konfransda ADA Universitetinin rektoru Hafiz Paşayev, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, kitabxana sahəsində fəaliyyət göstərən mütəxəsislər və xarici qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan H.Paşayev kitabxana işinin vacibliyindən danışıb. ADA Universitetinin rektoru qeyd edib ki, ADA Universitetinin də yaranması məhz kitabxanadan başlayıb: "Bu universitet üçün kampus tikmək haqda fikirləşərkən ilk mərkəz nöqtəsi kitabxana oldu".

Ə.Qarayev isə Azərbaycanda mövcud olan kitabxana və informasiya şəbəkəsinin inkişafından danışıb. O qeyd edib ki, bu gün kitabxana şəbəkəsi Azərbaycanın hər bir rayonunda, kəndində mövcuddur: "Dövlətin niyyəti insanların tələblərinə cavab verən formada fəaliyyət göstərən kitabxanaların mövcud olmasıdır".

Nazir qeyd edib ki, kitabxanaçılığın inkişafı ilə bağlı yeni proqram hazırlanıb.

Ə.Qarayev bildirib ki, kitabxana işinin rəqəmsal texnologiyalara keçidi kitabxanalardan istifadənin metodlarını dəyişib: "İndi insanlar daha çox rəqəmsal kitablardan istifadə edir".

Sonra çıxış edən ADA Universitetinin Tədris işləri üzrə prorektoru Patrik Kvin bildirib ki, kitabxana insanların intellektual inkişafı üçün olduqca vacibdir: "Yəni kitabxana olmadan hər hansı bir inkişafdan, tərəqqidən söhbət açmak mümkünsüzdür. Kitabxanaçılar pula görə kitabxanaçı olmurlar. Biz bu işi daha gözəl dünya yaratmaq üçün seçirik".

Daha sonra tədbir sessiyalarla davam etdirilib. Konfrans öz işini sabah yekunlaşdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR