Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7% artıb

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7% artıb
# 30 dekabr 2013 08:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 5 667,9 mln. manat olub.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, artımın 62,8%-i hüquqi şəxslərin müəssisələrində yaranıb və bu müəssisələrdə əhaliyə 4 259,3 mln. manatlıq və ya 6% çox pullu xidmətlər göstərilib.

Hesabat dövründə hər bir ölkə sakini hər ay orta hesabla 55,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 manat və ya 9,8% çox müxtəlif pullu xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR