Azərbaycanla Braziliya arasında siyasi məsləhətləşmələr keçirilib - FOTO

Azərbaycanla Braziliya arasında siyasi məsləhətləşmələr keçirilib - <span style="color: red;">FOTO
# 28 mart 2014 16:33 (UTC +04:00)

Bakı-APA. Azərbaycan və Braziliya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan tərəfini XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Yaşar Əliyev təmsil edib.

Brazilia şəhərində baş tutan məsləhətləşmələrdə Azərbaycanla Braziliya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivləri müzakirə edilib.

Səfir Y.Əliyevin Braziliya XİN-in baş katibi Eduardo dos Santos ilə görüşü keçirilib.

Bundan əlavə, Y.Əliyev Braziliya Milli Konqresinin üzvləri, o cümlədən Deputatlar Palatasında Braziliya-Azərbaycan Dostluq Qrupunun sədri Klaudio Kajado Sampayo ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR