Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev vəfat edib - VİDEO - YENİLƏNİB

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev vəfat edib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 23 iyun 2014 08:01 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu gün saat 15:00-da İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Bunu “APA-Economics”ə Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildiriblər.

***

Saat 09:55

Bakı. Aynur Əliyeva – APA-Economics. Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu gecə dünyasını dəyişib.

Məlumatı “APA-Economics”ə Dövlət Statistika Komitəsindən təsdiq ediblər. Arif Vəliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Mərhumun dəfn mərasimi bu gün baş tutacaq.

Qeyd edək ki, A. Vəliyev 1943-cü il iyunun 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub.

1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1961-ci ildən 1990-cı ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışıb.

1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında böyük məsləhətçi vəzifəsində işləyib. 1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışıb.

İki övladı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR