“Rossiya” telekanalının Luqansk yaxınlığında həlak olan ikinci əməkdaşının cəsədi aşkarlanıb

“Rossiya” telekanalının Luqansk yaxınlığında həlak olan ikinci əməkdaşının cəsədi aşkarlanıb
# 18 iyun 2014 03:30 (UTC +04:00)

APA-nın “Rosbalt”a istinadən verdiyi xəbərə görə, bu barədə teleşirkətin rəsmi saytında dərc edilmiş məlumatında bildirilir. Bundan əvvəl onun itkin düşdüyü bildirilirdi.

Voloşinin cəsədinin aşkarlandığını qondarma “Luqansk xalq respublikasının” (LXR) nümayəndələri də təsdiqləyib: “Bəli, cəsəd, daha doğrusu cəsədin qalıqları aşkarlanıb. Onlar hadisə yerində, minaatanların hədəfinə tuş gəlmiş ərazidə aşkarlanıb”, deyə LXR-in “mətbuat xidmətindən” bildirilib.

Qeyd edək ki, “Rossiya” telekanalının çəkiliş briqadası ötən gün minaatanlardan açılan atəşə məruz qalıblar. Nəticədə, 37 yaşlı jurnalist İqor Kornelyuk ağır yaralanaraq Luqansk xəstəxanasında keçinib. Telekanalın operatoru Viktor Denisov möcüzə nəticəsində sağ qalıb.

Ölən jurnalistlərin meyitləri bu gün Rusiyaya təhvil veriləcək.

LifeNews telekanalının müxbiri Artur Matveev bildirib ki, insident Metallist qəsəbəsi yaxınlığındakı blokpostun qarşısında baş verib. Onun sözlərinə görə, iki mərmi 3 jurnalist və 7 separatçıdan ibarət qrupun mərkəzinə düşərək partlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR