Göygöldə avtobusla minik avtomobilinin toqquşması nəticəsində ana və oğlu ölüb, ailənin digər üzvü xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

Göygöldə avtobusla minik avtomobilinin toqquşması nəticəsində ana və oğlu ölüb, ailənin digər üzvü xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 26 iyun 2014 10:14 (UTC +04:00)

Göygöl. Azər Məmmdli - APA. Göygöl rayonunda baş verən yol qəzasında ölən və yaralananların şəxsiyyətləri məlum olub. Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, bu gün səhər saatlarında Gəncə-Daşkəsən avtomobil yolunda Gəncə şəhər sakini, 46 yaşlı İlqar Babayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə, şəhər sakini, 35 yaşlı Əhmədov Fidailin idarə etdiyi, Gəncəyə 7 nömrəli marşrut xətti üzrə işləyən “İsuzu” markalı sərnişin daşıyan avtobus toqquşub. Qəza zamanı “VAZ 2106”-nın sürücüsü hadisə yerində dünyasını dəyişib. Sürücünün avtomobildə olan anası 66 yaşlı Mahirə Babayeva və bacısı, 45 yaşlı Tahirə Nağıyeva isə xəsarətlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında yerləşdiriliblər. M. Babayeva xəstəxanada dünyasını dəyişib.

T. Nağıyevanın vəziyyətinin ağır olduğu bildirilir.

Göygöl rayon Polis Şöbəsindən verilən məlumata görə ilkin araşdırma zamanı məlum olub ki, qəzaya sərnişin avtobusunun “VAZ 2106”-nın yoluna çıxması səbəb olub. Avtobusun sürücüsü bunun maşında olan nasazlıq ucbatından baş verdiyini bildirib.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

***

11:35

Göygöl. Azər Məmmədli - APA. Göygöl rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün saat 10 radələrində Gəncə-Daşkəsən yolunda, “Mal bazarı” adlanan ərazisində qeydə alınıb. “VAZ-2106” markalı avtomobillə, Gəncə şəhərinə 7 nömrəli marşrut üzrə işləyən “İsuzu” markalı avtobusun toqquşması nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib, iki nəfər isə ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildiriblər ki, ağır vəziyyətdə gələn bir nəfər də orada dünyasını dəyişib. Ölən və yaralıların kimlikləri məlum deyil.

Hadisə ilə bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR