Rusiyalı politoloq: “BMT Baş Assambleyasında Ukrayna ilə bağlı qətnamənin qəbulu zamanı Azərbaycan milli maraqlarına uyğun addım atıb”

Rusiyalı politoloq: “BMT Baş Assambleyasında Ukrayna ilə bağlı qətnamənin qəbulu zamanı Azərbaycan milli maraqlarına uyğun addım atıb”
# 10 aprel 2014 13:58 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Azərbaycanın BMT Baş Assambleyasında Ukrayna ilə bağlı qətnamənin lehinə səs verməsi Rusiya-Azərbaycan münasibətlərinə təsir edə bilməz”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Siyasi İnformasiya Mərkəzinin baş direktoru, politoloq Aleksey Muxin deyib.

Politoloqun fikrincə, Azərbaycanın belə addım atmasının obyektiv səbəbləri var və bu səbəblər rəsmi Moskvaya məlumdur: “Aydındır ki, Dağlıq Qarabağ amili Azərbaycanın bu addımı atmasında həlledici rol oynayıb. Azərbaycan-Rusiya münasibətləri praqmatik əsaslar üzərində qurulub. Burada təbii ki, siyasət həlledici rol oynayır. Azərbaycan suveren ölkədir. BMT Baş Assambleyasında Ukrayna ilə bağlı qətnamənin qəbulu zamanı Azərbaycan milli maraqlarına uyğun addım atıb. Təbii ki, Azərbaycanın Rusiyanın əleyhinə səs verməsi rəsmi Moskvanı təəssüfləndirib. Lakin rəsmi Bakının bu addımı iki ölkə arasında münasibətlərə heç cür təsir edə bilməz. İki ölkə arasında bütün sahələrdə mövcud əlaqələr buna imkan verməz".

A. Muxin Krım ətrafında baş verənlərdən sonra Rusiya-Ukrayna münasibətlərinin necə inkişaf edəcəyini də şərh edib: “Rəsmi Moskva hazırkı Kiyev hakimiyyəti ilə əlaqəyə girməyəcək. Çünki Rusiya hazırkı Ukrayna hakimiyyətinin legitimliyini tanımır. Kiyev hakimiyyəti Moskva üçün siyasi subyekt kimi mövcud deyil. Mayın 25-də keçiriləcək seçkilərin nəticələri də tanınmayacaq. Bu halda yaxın perspektivdə hansı Moskva-Kiyev əlaqələrindən danışmaq olar?”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR