Kazan-Bakı aviareysi təxirə salınıb

Kazan-Bakı aviareysi təxirə salınıb
# 11 mart 2014 09:10 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün səhər saatlarında Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərindən Bakıya yerinə yetirilməli olan aviareys təxirə salınıb.

Heydər Əliyev Hava Limanından «APA-Economics»ə verilən məlumata görə, Tatarıstanın «Ak Bars Aero» aviaşirkətinin saat 10:30-da Bakıya gəlməsi planlaşdırılan BG-552 nömrəli aviareysi qrafik cədvəlinə uyğun yerinə yetirilməyib. Təyyarənin gecikməsinin səbəbi isə məlum deyil. Bu reys həftənin cümə axşamı günü saat 08:30-da yerinə yetiriləcək.

Qeyd edək ki, bu istiqamətdə uçuşlar həftənin II günləri saat 10:30-da və IV günlər saat 08:30-da yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR