Azərbaycan prezidenti Kanadanın general-qubernatorunu təbrik edib

Azərbaycan prezidenti Kanadanın general-qubernatorunu təbrik edib
# 30 iyun 2014 15:39 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Kanadanın general-qubernatoru Devid Constonu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının təbrik məktubunda deyilir:

“Hörmətli cənab General-Qubernator, milli bayramınız – Kanada günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Kanada münasibətlərinin inkişafı, qarşılıqlı maraq doğuran iqtisadi əlaqələrin genişlənməsi yolunda səylərimizi ardıcıl şəkildə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə sizə ən xoş arzularımı yetirir, dost Kanada xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR