DİN Tovuz sakininin ermənilər tərəfindən vurulması ilə bağlı məlumat yayıb

DİN Tovuz sakininin ermənilər tərəfindən vurulması ilə bağlı məlumat yayıb
# 28 mart 2014 09:40 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 28-də saat 02:00 radələrində Tovuz rayonunun Əlibəyli kənd sakini Elman Tağıyev ermənilər tərəfindən açılmış atəşdən xəsarət alıb.

Qeyd edək ki, martın 26-dan 27-nə keçən gecə erməni silahlı qüvvələri Tovuz rayonunun Əlibəyli kəndini intensiv atəşə tutublar. Kənd sakinlərinin APA-nın qərb bürosuna verdiyi məlumata görə, son 6 ayda belə intensiv atışma olmayıb. Azərbaycan ordusu düşməni cavab atəşi ilə susdurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR