Rusiya maliyyə naziri: “Bu il iqtisadiyyatın artım səviyyəsi sıfıra yaxın ola bilər”

Rusiya maliyyə naziri: “Bu il iqtisadiyyatın artım səviyyəsi sıfıra yaxın ola bilər”
# 15 aprel 2014 12:22 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiyanın maliyyə naziri Anton Siluanov çıxış edib.

2014-cü ildə çox çətin şərtlər atlında işləyəcəklərini deyən nazir qeyd edib ki, ÜDM artımı 0,5% səviyyəsində proqnozlaşdırılır. “Güman ki, artım sıfıra yaxın olacaq”, - deyə o vurğulayıb.

Siluanov neft qiymətlərinin aşağı düşə biləcəyindən və bunun Rusiya iqtisadiyyatı üçün mümkün fəsadlarından da danışıb.

Nazir həmçinin kapitalın ölkə hüdudlarından kənara axması məsələsinə toxunub. O, bunun əsas səbəbi kimi geosiyasi vəziyyətin qeyri-müəyyən olmasını göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR