Azərbaycan-İran sərhədində bağlanmış sərhəd-keçid məntəqələrinin yaxın vaxtlarda açılacağı gözlənilir

Azərbaycan-İran sərhədində bağlanmış sərhəd-keçid məntəqələrinin yaxın vaxtlarda açılacağı gözlənilir
# 08 noyabr 2013 18:58 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Bu gün İran və Azərbaycan sərhədçiləri arasında Poldəşt sərhəd məntəqəsində görüş keçirilib. İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında sərhədlərin bağlanması ilə bağlı yaranmış problemlər ətrafında müzakirələr aparılıb.

Görüşdə qərara alınıb ki, bu cür təmaslar davam etdirilsin. Bağlanmış sərhəd-keçid məntəqələrin yaxın vaxtlarda açılacağı gözlənilir.

Qeyd edək ki, bu gün İranın Azərbaycandakı səfirliyi Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrinin bağlanması ilə bağlı bəyanat yayıb. Səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahinin adından yayılan bəyanatda bildirilir ki, bu addıma səbəb Azərbaycan sərhədçilərinin noyabrın 6-da Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlamasıdır.

Seyid Məhəmməd Ayətullahi bildirib ki, İran iki gün gözlədikdən sonra sərhəd-keçid məntəqəsi açılmadığı üçün Azərbaycan tərəfini qabaqcadan məlumatlandıraraq, Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR