Azərbaycanda dövlət ipoteka kreditləşməsi kəskin artıb

Azərbaycanda dövlət ipoteka kreditləşməsi kəskin artıb
# 10 may 2013 09:15 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin aprel ayında Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 16,87 mln. manat həcmində ipoteka krediti verilib. Bu, 2013-cü ilin mart ayına nisbətən 2,2 dəfə, ötən ilin aprel ayına nisbətən isə 29,8% artıqdır.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, bu ilin ilk 4 ayında verilən ipoteka kreditlərinin həcmi 32,06 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 39,4% çoxdur.

Ümumilikdə, Azərbaycanda dövlət ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 467,56 mln. manata çatıb. Nəticədə, 2013-cü il mayın 1-nə Azərbaycanda ipoteka kreditinin adambaşına həcmi 48,2 manata çatıb.

Apreldə AİF tərəfindən 8,35 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Ümumilikdə, bu ilin ilk 4 ayında 20,4 mln. manatlıq ipoteka kreditləri yenidən maliyyələşdirilib. Bu, ötən ilin eyni dövrünə nisbətən 23,1% azdır. Nəticədə, indiyədək verilən ipoteka kreditlərinin 363,77 mln. manatı və ya 77,8%-i təkrar maliyyələşdirilib.

Apreldə İpoteka Fondu istiqraz buraxılışı həyata keçirməyib. Nəticədə, ilk 4 ay ərzində buraxılan istiqrazların məbləği 11 mln. manat səviyyəsində qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR