Türkiyə XİN: Azərbaycanla əməkdaşlıq şəraitində hərəkət edirik - VİDEO

Türkiyə XİN: Azərbaycanla əməkdaşlıq şəraitində hərəkət edirik - <span style="color: red;">VİDEO
# 08 noyabr 2013 08:43 (UTC +04:00)

Bakı - APA. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Ləvənt Gümrükçü xarici işlər nazir Əhməd Davudoğlunun TBMM-də “Ermənistanla sərhədi açmağa hazırlaşdıqları və Azərbaycanı buna razı salmağa çalışdıqları” haqda açıqlama vermədiyini bildirib. Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, L. Gümrükçü mətbuatda bu barədə yayılan xəbərləri təkzib edib: “Türkiyə Qafqazda sülhün kompleks şəkildə inkişafını istəyir. Bu çərçivədə ölkəmiz Azərbaycandakı işğalın sona yetməsinə yönəlmiş addımlara paralel olaraq regional əməkdaşlığın inkişafına yönəlmiş hər cür addımı müsbət dəyərləndirəcəyini daha öncə dəfələrlə ifadə edib. Bu məsələdə Azərbaycanla əməkdaşlıq şəraitində və birgə hərəkət edirik. Hər məsələni hər səviyyədə ətraflı şəkildə müzakirə edirik. Bunu bir tərəfin digər tərəfi razı salmağa çalışması şəklində deyil, bərabər yapılan çalışma kimi görmək lazımdır. Azərbaycanı razı salmağa çalışdığımız yönündə mətbuatda yer alan xəbərlər doğru deyil. Ancaq Türkiyə bölgədə atılacaq hər addıma paralel olaraq əməkdaşlığın kompleks şəkildə inkişafına yönəlmiş hər addımı müsbət qiymətləndirəcək”.

L. Gümrükçü ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölıgəyə son səfərinə də toxunaraq Türkiyənin Minsk Qrupunun üzvü kimi bu prosesi çox yaxından izlədiyini, son görüşlərdən sonra həll prosesində hansı addımların atılacağını söyləməyin hələ tez olduğunu bildirib. Prosesin yenidən canlanması üçün gözlənti və çalışmalar olduğunu diqqətə çatdıran sözçü qeyd edib ki, Türkiyə tezliklə bu məsələnin həllini istəyir və regional sülhü dəstəkləyəcək hər cür addımı atmağa hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR