Xələf Xələfov: “İran-Azərbaycan sərhəd məsələləri üzrə komissiyasının əsas funksiyası sərhəd məsələlərini əlaqələndirməkdir” - VİDEO

Xələf Xələfov: “İran-Azərbaycan sərhəd məsələləri üzrə komissiyasının əsas funksiyası sərhəd məsələlərini əlaqələndirməkdir” - <span style="color: red;">VİDEO
# 16 dekabr 2013 10:13 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini deyib ki, bu komissiyalara hər iki ölkənin XİN-in hüquq departamentlərinin rəhbərləri başçılıq edir: “Komissiyalarda bütün müvafiq qurumların ekspertləri və mütəxəssisləri təmsil olunurlar. Komissiya sərhəd körpüləri, sərhəd çaylarından istifadə məsələləri və sərhəddə olan keçid məntəqələrinin fəaliyyətini müzakirə edir”.

X. Xələfov qeyd edib ki, sərhədlə bağlı məsələnin konkret həlli bu komissiyadan asılı deyil: “Komissiyanın funksiyası bu məsəllərin həllini əlaqələndirmək və müəyyən mənada təkan verməkdir. Konkret məsələlər müvafiq qurumlar arasında müzakirə olunub, həllini tapa bilər”.

“İranla Azərbaycan arasındakı Culfa körpü nə zaman açıla bilər” sualına nazir müavini belə cavab verib: “Bu, müxtəlif qurumların, məsələn, Nəqliyyat Nazirliyi, Sərhəd Xidməti və s.-in fəaliyyətinə aid məsələdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR