Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 09 yanvar 2014 06:27 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 8-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 1,34 dollar və ya 1,4% azalaraq 1 barelə görə 92,33 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, yanvarın 8-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,20 dollar və ya 0,2% azalaraq 107,15 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR