Azərbaycan yay vaxtına keçib

Azərbaycan yay vaxtına keçib
# 30 mart 2014 01:03 (UTC +04:00)

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “APA”-ya verilən məlumata görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü saat 04.00-da əqrəblərin bir saat irəli çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə saat 05.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR