Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir

Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir
# 08 yanvar 2014 08:46 (UTC +04:00)

APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Logistika İdarəsinin rəisi, general-polkovnik Atilla Gülənin rəhbərlik etdiyi heyət iki gün ərzində Azərbaycan Silahlı Qüvvələrində görüşlər keçirəcək.

Görüşlər tanışlıq məqsədi daşıyır.

Bu gün nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib və daha sonra Müdafiə Nazirliyində olub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrindən Azərbaycana ildə bir dəfə bu cür tanışlıq səfərləri olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR