Yanvar ayından ATU-nun yeni klinikasında cərrahiyyə əməliyyatları və diaqnostik müayinələrə başlanacaq

Yanvar ayından ATU-nun yeni klinikasında cərrahiyyə əməliyyatları və diaqnostik müayinələrə başlanacaq
# 02 dekabr 2013 08:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Gələn il yanvar ayından etibarən Azərbaycan Tibb Universitetinin yeni istifadəyə verilən Tədris-Cərrahiyyə Klinikasında cərrahiyyə əməliyyatları və diaqnostik müayinələrə başlanacaq.

Bu barədə APA-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov məlumat verib. Onun sözlərinə görə, bu mərkəzdə xəstələrin əməliyyat olunması və müayinə aparılması üçün ştat yığılmalı, maliyyələşmə, sənədləşmə və təchizat olmalıdır. Rektor bildirib ki, klinikada müəyyən proseslərin aparılması üçün maliyyə vəsaiti lazımdır. Ə.Əmiraslanov qeyd edib ki, hazırda orada tibb işçisinin işə qəbulu üzrə elan verilib: “Artıq 2014-cü ilin yanvar ayından klinikaya maliyyə ayrılacaq və müvafiq işlərə başlanacaq. Klinikada cərrahiyyə əməliyyatı və tam müalicə diaqnostika işləri yeni ilin ilk günlərindən həyata keçiriləcək”.

ATU-nun rektoru bir müddət öncə Tədris-Cərrahiyyə Klinikasına tələbələrin buraxılmaması ilə bağı verilən məlumatlara da aydınlıq gətirib. Ə.Əmiraslanov qeyd edib ki, klinika açılandan sonra orada cərrahi yönümlü bəzi kafedraların dərsləri aparılır, müvafiq tədbirlər həyata keçirilir: “Tibb Universitetinin bəzi kafedraları öz ixtisasına uyğun orada dərs keçirlər. Amma bəlkə də hansısa digər fakültələrin tələbələri də orada oxumaq istəyiblər və ona görə də müəyyən söhbətlər yaranmışdı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR