İranda səsvermənin müddəti iki saat artırılıb

İranda səsvermənin müddəti iki saat artırılıb
# 14 iyun 2013 15:39 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İranda bu gün keçirilən prezident seçkilərində səsvermənin müddəti artırılıb. APA-nın İran dövlət televiziyasına istinadən məlumatına görə, bu barədə İran Daxili İşlər Nazirliyindən açıqlama verilib. Açıqlamada həm ölkə daxilində, həm də xaricində səsvermənin müddətinin iki saat artırıldığı bildirilib.

Qeyd edək ki, İranda XI dövr prezident seçkilərində səsvermə prosesi yerli vaxtla səhər saat 08:00-da başlayıb. Axşam 18:00-da bitməli olsa da, ancaq 20:00-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR