Baş prokuror Zakir Qaralov İsmayıllıda vətəndaşları qəbul edib - VİDEO

Baş prokuror Zakir Qaralov İsmayıllıda vətəndaşları qəbul edib - <span style="color: red;">VİDEO
# 14 fevral 2014 12:06 (UTC +04:00)

İsmayıllı. Elvin Yaqubov - APA. Bu gün Azərbaycanın baş prokuroru Zakir Qaralov İsmayıllı rayonunda vətəndaşları qəbul edib.

APA-nın yerli bürosunun məlumatına görə, baş prokuror qəbul zamanı İsmayıllı, Şamaxı, Qobustan, Ağsu, Göyçay və Kürdəmir rayonunda yaşayan vətəndaşların prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini, o cümlədən ərizə, şikayət və təkliflərini dinləyib, qaldırılan məsələlərin həlli üçün qəbulda iştirak edən prokurorluğun müvafiq struktur rəhbərlərinə tapşırıqlar verib.

Cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələrə və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün zəruri tədbirlərin görülməsi təmin edilib. Müraciətlərdən bəziləri elə yerindəcə həllini tapıb. Qəbulda aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR