Sabah Azərbaycanın bir neçə rayonunda qaz kəsiləcək

Sabah Azərbaycanın bir neçə rayonunda qaz kəsiləcək
# 25 noyabr 2013 14:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Noyabrın 26-da Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar sabah saat 09:00-dan 17:00-dək «Quba» Qazpaylayıcı Stansiyasında, «Quba» və «Qəçrəş» ölçü qovşaqlarında, saat 10:00-dan 16:00-dək «Sulutəpə» Qazpaylayıcı Stansiyasında, saat 10:00-dan 18:00-dək «Xudat» Avtomatik Qazpaylayıcı Stansiyasından Xudat şəhərinə gedən qaz kəmərində, saat 11:00-dan 13:00-dək «Böyükşor» Qazpaylayıcı Stansiyasında, saat 11:00-dan 14:00-dək «Kövər» Qazpaylayıcı Stansiyasında, saat 14:00-dan 15:00-dək isə «Sahil-2» qaz ölçü qovşağında təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Quba rayonuna, Binəqədi, Xəzər və Sabunçu rayonlarının bir hissəsinə, Xaçmaz rayonunun Xudat şəhərinə və Yevlax rayonunun Kövər kəndinə təbii qaz verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR