Nikolay Azarov: “Rusiya ilə razılaşma Ukraynanı müflis olmaqdan xilas etdi”

Nikolay Azarov: “Rusiya ilə razılaşma Ukraynanı müflis olmaqdan xilas etdi”
# 18 dekabr 2013 10:43 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın baş naziri Nikolay Azarov bəyan edib.

“Ukraynanı nə gözləyirdi? Cavab bəllidir: müflisləşmə və sosial kollaps. Ukrayna xalqını bu cür Yeni il hədiyyəsi gözləyirdi”, - deyə N. Azarov hökumətin iclasında bildirib.

Xatırladaq ki, dünən Moskva və Kiyev Rusiya qazının qiymətinin Ukrayna üçün aşağı salınması, həmçinin, Rusiya tərəfindən Ukraynanın 15 milyard ABŞ dolları həcmində avrobondlarının əldə edilməsi haqqında razılığa gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR