İraq səfiri ölkəsinin Anbar vilayətində baş vermiş hadisələrdən danışıb - FOTO

İraq səfiri ölkəsinin Anbar vilayətində baş vermiş hadisələrdən danışıb - <span style="color: red;">FOTO
# 21 yanvar 2014 13:27 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. İraq hökuməti ölkənin Anbar vilayətində baş vermiş son hadisələrlə bağlı rəsmi bəyanat verib.

APA - nın məlumatına görə, İraqın Azərbaycandakı səfiri Heydər Şia - Əl Barak bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, “Əl-Qaidə” və “İraqda və Şamda İslam dövləti” (DAAŞ) terror təşkilatları Anbar vilayətində siyasi vəziyyətdən sui-istifadə etməklə, İraqda sabitlik və təhlükəsizliyinin pozulmasına yönəlmiş silahlı təhriklərə əl atıb, nümayişçilərin qanuni tələblərini öz dağıdıcı və qızışdırıcı tələbləri ilə əvəz etməyə çalışıb.

“Anbar qəbilələri bunu görüb ayağa galxıb və yenidən “Əl-Qaidə” təşkilatına qarşı üsyan edərək onları oradan qovub. İraq höküməti dinc sakinlər arasında itkilərin olmaması üçün öz qüvvələrini şəhərin ətrafında çəmləşdirib, Anbar sakinlərinə yalnız maliyyə və silah – sursatla kömək edib”, - deyə diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR