Avropa Azərbaycan Cəmiyyəti iki nominasiya üzrə mükafata namizəd göstərilib

Avropa Azərbaycan Cəmiyyəti iki nominasiya üzrə mükafata namizəd göstərilib
# 14 noyabr 2013 09:16 (UTC +04:00)

Bakı – APA. Noyabrın 12-də Londonda yerləşən “Hilton Park Lane hotel”də keçirilmiş ulduzların cəmləşdiyi İctimaiyyətlə Əlaqələr sahəsindəki Müşavirlər Assosiasiyasının (PRCA) 2013-cü il üzrə mükafatlarının təqdimetmə mərasimində 1000-dən çox insan iştirak edib. APA-nın xəbərinə görə, Avropa Azərbaycan Cəmiyyəti (AAC) iki mükafat üzrə namizəd göstərilib. Bu, ACC-ın “Ümumdünya Qaçqınlar Günü” münasibətilə təşkil etdiyi və ikiqat Olimpiya çempionu Mo Fərah, keçmiş futbolçu Fabrisiya Muamba, futbol əfsanələri - İngiltərə yığması və “Arsenal” komandasının keçmiş kapitanı olmuş Toni Adams, eləcə də İan Rayt və Maykl Tomasın iştirak etdiyi futbol matçı ilə əlaqədardır. Bu matç “Rəqəmsal və Yeni Media” və “İctimaiyyətlə Əlaqələr” kateqoriyaları üzrə iki mükafata namizəd göstərilib. PRCA mükafatı qaliblərinin tam siyahısı “http://bit.ly/prcawards” saytında yerləşdirilib.

Xatırladaq ki, iyunda Beynəlxalq Qaçqınlar Günü münasibətilə “Barnet” futbol klubunda təşkil olunan oyunu 3600 azarkeş izləyib. Oyunda əsas diqqət Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkmiş 875 000 qaçqın və məcburi köçkünün probleminə yönəldilib. Tədbiri Britaniya mətbuatının çoxlu sayda nümayəndəsi işıqlandırıb. “YouTube”da yerləşdirilmiş videolara 48 800 nəfər tamaşa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR