Malidə girov götürülmüş Fransa jurnalistləri öldürülüb - FOTO

Malidə girov götürülmüş Fransa jurnalistləri öldürülüb - <span style="color: red;">FOTO
# 02 noyabr 2013 21:40 (UTC +04:00)

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Klod Verlon və Gislen Düpon Malinin şimalındakı Kidal şəhərində girov götürülmüşdülər.

Əyalətin qubernatoru polkovnik Adama Kamissoko bildirib ki, jurnalistlər 4 silahlı şəxs tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparılıb.

Hər iki jurnalist Radio France Internationale (RFI) əməkdaşı olub və ölkənin paytaxtı Bamakodan Kidal şəhərinə oktyabrın 29-da gəliblər.

“Röyters”in məlumatına görə, girov götürülməzdən əvvəl jurnalistlər üsyançı tuareqlərin birindən müsahibə alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR