Heydər Əliyev Beynəlxalq Hava Limanında qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Heydər Əliyev Beynəlxalq Hava Limanında qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub
# 23 yanvar 2014 14:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Heydər Əliyev Beynəlxalq Hava Limanında qətl törətməkdə təqsirləndirilən Sahib Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə hökm oxunub. S. Musayev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib ki, qətl hadisəsi mayın 22-də Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində 38 yaşlı Musayev Sahib Yunis oğlu tərəfindən tanışı, Ordubad rayon sakini Həsən Əhmədova məxsus “VAZ-2106” markalı avtomobildə törədilib. Qətldən sonra Musayev elə həmin avtomobildə öldürülmüş şəxsin cəsədini Nərimanov Rayon Polis İdarəsinə gətirərək, təslim olub.

Həmin vaxt yayılmış məlumatlara görə, Sahib Musayev qaydasız döyüş üzrə idman ustası, 44 yaşlı Musa Musayevin kiçik qardaşıdır. O, hətta Bakıda qaydasız döyüş məktəbi də təşkil edib.

Həmin şəxslərin əvvəldən ədavətlərinin olduğu, hadisənin bu üzdən baş verdiyi də yayılan xəbərlərdə öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR