“Mir 24” telekanalının aparıcısı özünü 11-ci mərtəbədən ataraq intihar edib

“Mir 24” telekanalının aparıcısı özünü 11-ci mərtəbədən ataraq intihar edib
# 21 yanvar 2014 14:04 (UTC +04:00)

Bakı – APA. Rusiyanın “Mir 24” telekanalının aparıcısı Eduard Markov intihar edib.

APA – nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, E. Markov dostu ilə mübahisə etdikdən sonra 11-ci mərtəbədə yerləşən mənzilin otaqlarının birinə keçib və qapını bağlayıb.

Onun dostu qapını sındırmağa çalışan zaman jurnalist özünü pəncərədən yerə atıb.

Faktla bağlı istintaq öncəsi yoxlama aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR