Naxçıvanda hərbi hissənin yeni sursat anbarı və texnika parkı istifadəyə verilib

Naxçıvanda hərbi hissənin yeni sursat anbarı və texnika parkı istifadəyə verilib
# 17 oktyabr 2013 11:00 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yerləşən hərbi hissədə yeni sursat anbarı və texnika parkı istifadəyə verilib.

APA-nın Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin saytına istinadən verdiyi məlumata görə, yeni obyektlərin açılışında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov iştirak edib.

Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev görülən işlər barədə məlumat verib. Bildirib ki, ötən ildən başlayaraq hərbi hissədə yeni sursat anbarı və texniki park inşa olunub. Texniki parkda hərbi texnika və avtomobillərin saxlanılması, təlimata uyğun istifadə və istismarı, eləcə də onlara gündəlik texniki xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. Parkda texniki nəzarət məntəqəsi üçün ikimərtəbəli bina inşa olunub.

Ali Məclisin sədri hərbi şəhərcikdə yeni əsgəri-məişət kompleksinin, əsgər və zabit ailələri üçün yataqxana binalarının tikilməsi barədə tapşırıqlar verib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR