AMEA İnsan Hüquqları İnstitutunda iki şöbənin adı dəyişdirilib

AMEA İnsan Hüquqları İnstitutunda iki şöbənin adı dəyişdirilib
# 12 iyun 2014 16:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları İnstitutunda iki şöbənin adı dəyişdirilib.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, İnsan Hüquqları İnstitutunun Din və ictimai təhlükəsizlik şöbəsinin fəaliyyət istiqaməti dəyişdirildiyi üçün bundan sonra həmin şöbə Siyasi analitika adlandırılacaq.

Eyni zamanda dünyanın siyasi və iqtisadi arenasında arası kəsilməyən kütləvi qırğınlar, ədalətsizliklər, lokal müharibələr törədə biləcək münaqişələrin (konfliktlər) və s. bu kimi məsələlərin öyrənilməsi və araşdırılması məqsədilə institutun Bioetika və tibbi hüquq şöbəsinin fəaliyyət istiqaməti də dəyişib. Şöbə bundan sonra Konfliktologiya adlandırılacaq.

Hər iki məsələ ilə bağlı qərar AMEA Rəyasət Heyətinin dünənki iclasında qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR