Bakıda televizor sexində baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda televizor sexində baş verən yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 11 mart 2014 07:48 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda televizor sexində baş verən yanğın söndürülüb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Padamdar qəsəbəsi Tofiq Məmmədov küçəsi-54 ünvanında qeydə alınıb.

Ümumi sahəsi 40 kvadratmetr olan televizor təmir sexi 25 kv.m ərazidə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

09.48

Bakı. Fuad Cəfərov - APA. Bakı şəhərində sex yanır. Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın hadisəsi Badamdar qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən televizor təmiri sexində yanğın başlayıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını almaq üçün iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR