Nyu-Yorkda İran və Rusiya xarici işlər nazirləri arasında görüş keçirilib

Nyu-Yorkda İran və Rusiya xarici işlər nazirləri arasında görüş keçirilib
# 25 sentyabr 2013 09:27 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran və Rusiya xarici işlər nazirləri arasında görüş keçirilib. APA-nın İRİB-ə istinadən məlumatına görə, görüş sentyabrın 24-də BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 68-ci sessiyası çərçivəsində baş tutub.

Görüşdə iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi, Suriyadakı böhran, İranın nüvə proqramı və digər regional və qlobal məsələlər əsas müzakirə mövzusu olub. Tərəflər Suriya böhranının tamamilə həll edilməsi üçün siyasi yolların tapılmasının zəruriliyinin vurğulayıblar.

Məhəmməd Cavad Zərif kimyəvi silahların kim tərəfindən və harada istifadə edilməsindən asılı olmayaraq pislənildiyini, Suriyada bütün tərəflərdən kimyəvi silahların alınmasının lazım olduğunu bildirib. Sergey Lavrov isə Suriyaya qarşı hərbi müdaxilənin önlənməsinin zəruriliyinə toxunaraq, əks təqdirdə, belə bir hadisənin nəticələrinin faciəvi olacağını deyib.

Qeyd edək ki, İran XİN rəhbəri həmin gün almaniyalı və bəhreynli həmkarı ilə də görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR