“Türküstan” qəzeti TÜRKSOY-un baş katibini təltif edib - FOTO

“Türküstan” qəzeti TÜRKSOY-un baş katibini təltif edib - <span style="color: red;">FOTO
# 11 yanvar 2014 10:49 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Bu gün Atatürk Mərkəzində “Türküstan” qəzetinin türk dünyasının inteqrasiyasında və türk millətinin dünyadakı nüfuzunun artırılmasındakı xidmətlərinə görə elan etdiyi sorğunun qaliblərindən biri - TÜRKSOY-un baş katibi Düsen Kaseinova mükafat təqdim edilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən qəzetin baş redaktoru Aqil Camal bildirib ki, müxtəlif sahələr üzrə aparılan sorğu həm media orqanları, həm də müxtəlif təşkilatlar tərəfindən dəstəklənib. Tədbirdə “Türküstan” qəzetinin, “Borçalı” İctimai Birliyinin mükafatları Düsen Kaseinova təqdim edilib.

Mükafatlandırma mərasimində çıxış edən Umud Rəhimoğlu, Əhməd Qəşəmoğlu, Elçin Mirzəbəyli və başqaları TÜRKSOY-un fəaliyyəti haqqında fikirlərini bölüşüb, təşkilatın Azərbaycanın mədəni həyatı ilə sıx bağlı olduğunu bildiriblər.

Düsen Kaseinov çıxışında bildirib ki, rəhbərlik etdiyi təşkilatın Azərbaycan mədəniyyəti və incəsənəti ilə əlaqələri gələcəkdə də davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR