Nayrobidə terror aktı nəticəsində Fransanın 2 vətəndaşı ölüb

Nayrobidə terror aktı nəticəsində Fransanın 2 vətəndaşı ölüb
# 22 sentyabr 2013 03:30 (UTC +04:00)

Bakı-APA. Nayrobidə ticarət mərkəzinə silahlı hücum nəticəsində Fransanın 2 vətəndaşı ölüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Fransa prezidenti Fransua Ollandın bəyanatında deyilir. Fransua Olland hücumu sərt şəkildə pisləyərək ölən şəxslərin yaxınlarına başsağlığı verib.

Bu arada terror aktına görə məsuliyyəti öz üzərinə götürən “Əş Şəbab” islamçı qruplaşmasının nümayəndəsi “BBC”yə bildirib ki, hücum Keniya hərbçilərinin Somalidə sülhməramlı əməliyyatlarda iştirakına cavab olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR