“Xəzər həftəsi” ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib

“Xəzər həftəsi” ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib
# 28 sentyabr 2013 08:08 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. “Xəzər həftəsi” ərəfəsində Zəngilan rayon 36 saylı orta məktəbdə və Zəngilan rayon Mərkəzi Kitabxanasında “Beynəlxalq dəniz günü-Xəzər həftəsi” mövzusunda tədbirlər keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, keçirilən tədbirlərdə çıxış edən nazirliyin regional şöbəsinin və rayonun bir sıra dövlət orqanlarının mütəxəssisləri “Beynəlxalq Dəniz günü”nün məqsədi, Xəzərin ekoloji problemlərinin həlli istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə şagirdlərə və yerli əhaliyə məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, “Beynəlxalq dəniz günü” ərəfəsində “Xəzər həftəsi”nin qeyd olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cari ilin 23–28 sentyabr tarixlərini əhatə etməklə hazırlanan müvafiq tədbirlər planına uyğun olaraq şəhər və rayonlarda müxtəlif kütləvi, maarifləndirici tədbirlər keçirilməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR