Azərbaycanda muzdla çalışan işçilərin əmək haqqı son bir ildə 6% artıb

Azərbaycanda muzdla çalışan işçilərin əmək haqqı son bir ildə 6% artıb
# 19 fevral 2014 12:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il ərzində Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2% artaraq 423,0 manat təşkil edib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əmək haqqı neft sektorunda 1 554,0 manat, qeyri-neft sektorunda 393,3 manat, dövlət bölməsində 344,6 manat, özəl bölmədə 542,3 manat təşkil edib.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 295,9 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 347,2 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR