Fəttah Heydərov: “Xocalı qırğını bəşəriyyət tarixində insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir” - FOTO - VİDEO

Fəttah Heydərov: “Xocalı qırğını bəşəriyyət tarixində insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir”  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 22 fevral 2014 10:11 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə ermənilər tərəfindən törədilən Xocalı qırğını bəşəriyyət tarixində insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir.


F. Heydərov deyib ki, bu gün Ermənistan rəsmiləri Xocalı da daxil olmaqla, Dağlıq Qarabağ münaqişəsi zamanı törətdikləri hərbi cinayətlərin məsuliyyətini həyasızcasına boyunlarından atır. O qeyd edib ki, həmin vaxt Azərbaycan ağsaqqalsız qalmışdı, pərakəndəlik idi və düşmən də ölkənin bu pərakəndəliyindən istifadə etdi: “Lakin çox keçmədi ki, xalqın təkidli tələbi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi və tökülən qanın qarşısını aldı. Azərbaycan qısa bir müddətdə güclü dövlətə çevrilməyə başladı. Bu gün prezident İlham Əliyev Heydər Əliyevin siyasətinin layiqli davamçısı kimi Azərbaycanı dünyada güclü, tam müstəqil dövlətə çevirib. Məhz bu səbəbdən artıq Azərbaycan xalqının haqq səsi dünyada tanınmağa başlayıb, o cümlədən Xocalı soyqırımı dünyada təbliğ olunur, öz hüquqi qiymətini almağa başlayır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyası bu istiqamətdə dünyada çox təsirli missiyaya çevrilib”.

F. Heydərov qeyd edib ki, Azərbaycanın yaxın tarixi ilə bağlı gənclər və yeni nəsillə sıx işləmək lazımdır: “Bu istiqamətdə biz ağsaqqalların üzərinə çox iş düşür. Bu gün əksər gənclər müxtəlif təsirlərə düşərək yanlış istiqamətə gedirlər, biz bunun qarşısını alıb onları milli ideyalara köklənən istiqamətlərə yönəltməliyik”.

Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Zahid Qaralov isə çıxışında işğalın fəsadlarının aradan qaldırılması ilə bağlı yeni əməli fəaliyyətə keçilməsini təklif edib: “Biz elə etməliyik ki, bu gün Ermənistanı yaxından himayə edən Rusiyanın ermənilərlə əlaqəsini kəsək. Kremlin erməniləri himayə etməsinə rəvac verən sənədlər var ki, onların qüvvədən düşməsinə nail olmalıyıq”.

Z. Qaralov dövlətin işğal olunmuş torpaqların qayıtması üçün güclü iş apardığını, ictimaiyyətin, o cümlədən ağsaqqalların da bu işdə daha fəal olmasını istəyib: “Gənclərimizi də bu işə cəlb eləmək lazımdır. Bu gün Yeni Azərbaycan Partiyasında olan gənclər bu məsələdə xeyli işlər görürlər, amma təəssüf ki, müxalifətdə olan bəzi gənclər və yaxud bəzi təşkilatlanmayan gənclər kənarda qalıblar”.

Digər çıxış edən ağsaqqallar da Xocalı faciəsindən, Azərbaycanın işğala məruz qalmasından və bunun aradan qaldırılması yollarından danışıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR