Ukrayna müxalifəti bu gün Kiyevdə “xalq yığıncağı” keçirəcək

Ukrayna müxalifəti bu gün Kiyevdə “xalq yığıncağı” keçirəcək
# 08 dekabr 2013 04:25 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu cür formatda keçiriləcək kütləvi etiraz aksiyası (mitinqə bütün ölkədən, xüsusilə, qərb bölgələrdən gələn avrointeqrasiya tərəfdarları qoşulacaq) son 17 gündə sayca üçüncüdür.

“Batkivşina” partiyasının lideri Arseniy Yatsenyuk keçiriləcək “xalq yığıncağı”nı “Ukrayna xalqının öz haqları uğrunda apardığı mübarizənin üçüncü mərhələsi” adlandırıb.

UDAR hərəkatının lideri aksiyada 1 milyondan çox insanın iştirak edəcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR