Bakıda gözətçi işlədiyi mağazada yanaraq ölüb

Bakıda gözətçi işlədiyi mağazada yanaraq ölüb
# 24 dekabr 2013 10:41 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Bakının Səbail rayonunda qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 26 kvadratmetr olan paltar mağazasında 1 ədəd döşək qismən yanıb. Yanğın kəşfiyyatı zamanı mağazada gözətçi işləyən, 1968-ci il təvəllüdlü Talıbov Vidadi Əkrəm oğlunun meyiti aşkar olunub. Mağaza yanğından mühafizə olunub və yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR