“Azərbaycan ailəsi” altıncı film festivalının açılış mərasimi keçirilib - FOTO

“Azərbaycan ailəsi” altıncı film festivalının açılış mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 03 fevral 2014 16:51 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Azərbaycan ailəsi” altıncı film festivalının açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, festival Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Əhali Fondunun birgə layihəsidir.

Komitədən APA-ya bildiriblər ki, festival çərçivəsində “Şəkildən həyata” mövzusunda fotomüsabiqənin keçirilməsi də nəzərdə tutulur: “Layihənin məqsədi ictimaiyyətin diqqət və səylərini ailənin cəmiyyətdəki statusunu qaldırmağa yönəltmək, ailə dəyərlərinə marağı artırmaq, cəmiyyətdə ailə məsələləri ilə bağlı mövcud problemlərin açıqlanması və onlarla mübarizə, ölkədə maarifləndirmə işlərinin aparılması üçün videomateriallardan ibarət fondun zənginləşdirilməsidir”.

Festivalın təşkilat komitəsinə təqdim edilən qısametrajlı bədii, sənədli filmlər, silsilə televiziya verilişləri, sosial çarx və fotoşəkillər elm, mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən seçilərək diplom və qiymətli hədiyyələrlə mükafatlandıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR