ATƏT PA prezidenti: “Quruma üzv dövlətlərin suverenliyinin pozulmasına haqq qazandırıla bilməz”

ATƏT PA prezidenti: “Quruma üzv dövlətlərin suverenliyinin pozulmasına haqq qazandırıla bilməz”
# 03 mart 2014 16:02 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva –APA. Helsinki yekun aktının pozulmasına haqq qazandırıla bilməz.

APA-nın məlumatına görə, bu haqda ATƏT Parlament Assambleyası prezidenti Ranko Krivokapiçin bəyanatında deylir.

Bəyanatda R.Krivokapiç Ukraynadakı son hadisələrlə bağlı ciddi narahatlığını ifadə edib. O qeyd edib ki, ATƏT-ə üzv dövlətin suverenliyinin pozulması Helsinki yekun aktının pozulması deməkdir.

Helsinki yekun aktının özündə müəyyən öhdəliklər nəzərdə tutduğunu deyən R. Krivokapiç bildirib ki, bu öhdəliklərə riayət olunmamasına heç cür haqq qazandırıla bilməz.

O, Rusiya ilə Ukraynanı vəziyyətin normallaşması üçün təcili addımlar atmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR