Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qəbələdə vətəndaşları qəbul edəcək

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qəbələdə vətəndaşları qəbul edəcək
# 30 iyun 2014 09:26 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Qəbələ şəhərində ətraf bölgələrdə əhatə olunmaqla, vətəndaşların qəbulunu keçirəcək.

Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşlar üçün qəbul iyulun 4-də keçiriləcək.

Qəbulda Qəbələ şəhəri ilə yanaşı, İsmayıllı, Şamaxı və Ağsu rayonlarının vətəndaşları da iştirak edə bilərlər.

Görüş saat 10:00-da Qəbələ şəhərində yerləşən Mədəniyyət Evində başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR