Ceyms Uorlik: “Dağlıq Qarabağ münaqişəsinin bütün tərəfləri onun sülh yolu ilə həllinə tərəfdardır”

Ceyms Uorlik: “Dağlıq Qarabağ münaqişəsinin bütün tərəfləri onun sülh yolu ilə həllinə tərəfdardır”
# 27 sentyabr 2013 15:34 (UTC +04:00)

Bu da ondan ibarətdir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirlər”.

APA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi”nə müsahibəsində deyib.

Atəşkəs sazişinin imzalanmasından 20 ilə yaxın müddət keçdiyini xatırladan C.Uorlik bildirib ki, iki ölkənin həm siyasi rəhbərlikləri, həm də digər təbəqələrinin nümayəndələri münaqişənin həlli vaxtının gəlib çatdığını qeyd edirlər: “Bütün tərəflər sülh yolu ilə nizamlanmaya tərəfdardır. Mən Azərbaycan prezidenti İlham Əliyevlə də görüşmüşəm və bilirəm ki, o da münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Onunla işləməyi səbirsizliklə gözləyirəm”.

Həmsədr qeyd edib ki, tərəflər əhalini müharibəyə yox, sülhə hazırlamalıdır: “Əlbəttə, sabit nizamlamanın olmadığı bir şəraitdə bu çox çətin missiyadır. Münaqişənin həlli üçün siyasi iradənin mövcudluğu və tərəflərin kompromislərə hazırlığı vacibdir”.

C.Uorlik BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 68-ci sessiyası çərçivəsində Rusiya və Fransadan olan həmkarları, eləcə də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə nizamlama prosesinin irəliləməsi üçün faydalı görüşlər keçirəcəyinə ümid etdiyini söyləyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR