Bakıda “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” mövzusunda beynəlxalq konfrans keçirilir - VİDEO - FOTOSESSİYA

Bakıda “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” mövzusunda beynəlxalq konfrans keçirilir - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 04 noyabr 2013 07:29 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, konfransın məqsədi cəmiyyətin diqqətini neftlə çirklənmiş ərazilərin və ətraf mühitin qorunmasına cəlb etmək, həmçinin məqsəd regionun davamlı inkişafı üçün ətraf mühitin cari vəziyyətini kompleks təhlilini vermək, ətraf mühitin müxtəlif komponentlərinin tədqiqində yeni üsul və texnologiyalardan istifadə təcrübəsini bölüşmək, ətraf mühitin mühafizəsi üzrə təkliflər hazırlamaqdır.


ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, 160 illik neft hasilatı üzrə ilk illərdə olan təcrübəsizlik nəticəsində ekologiyaya böyük ziyan vurulub. Onun sözlərinə görə, bu gün mədən sahələrində 1300 hektar ərazi rekultivasiya edilərək təmizlənib: “Burada hər il 200 min ağac və kol əkilib. Atmosferə 560 mln. kubmetr qazın atılmasının qarşısı alınıb. Bu gün Qaradağ ərazisində yaradılacaq neft-qaz müəssisələrində ən müasir texnologiyaya cavab verən avadanlıqlar qurulacaq və paytaxtın mərkəzində, həmçinin Sumqayıtda olan köhnə zavodlar və müəssisələr ləğv ediləcək”.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib ki, son 10 ildə Azərbaycanda 8 milli park yaranıb, 1-i isə yaradılmaq üzrədir. Mühafizə olunan ərazilərin sahəsi 400 min hektardan 1 mln. hektara çatdırılıb, milyonlarla ağac əkilib: “Son 3 ildə Azərbaycanda salınan zeytun bağlarının sayı ümumilikdə ölkədə olan zeytun ağaclarının sayından qat-qat çoxdur”.


BP Qrupunun risk, təlim, əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə rəhbəri Stiven Plinn isə bildirib ki, əsas məqsəd enerjinin dünyaya daha təhlükəsiz çatdırılmasıdır. Onun sözlərinə görə, dünyada 2013-cü ilə qədər 50 faizdən çox iqlim layihəsi reallaşdırılıb: “BP-nin fəaliyyət göstərdiyi ərazilərdə təhlükəsizlik təmin edilir. Ətraf mühitin qorunması üçün insanların üzərinə olduqca böyük məsuliyyət düşür”.


Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq (IDEA) təşkilatının təsisçisi Leyla Əliyevanın konfrans iştirakçılarına video müraciəti təqdim olunub.


Qeyd edək ki, “Iteca Caspian” MMC və “Practical Solutions Group” şirkəti konfransa təşkilati dəstək göstərirlər. Tədbirə birbaşa dəstək göstərən ARDNŞ həm də konfransın baş sponsorudur. Konfransın digər sponsorları arasında BP (“Qızıl” sponsor), “Total” (“Gümüş” sponsor), “Cross Caspian Oil&Gas Logistics LTD”, “EKOL Engineering Services” “AZLAB” və “Earth” (“Bürünc” sponsor) kim şirkətləri yer alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR