Türkmənistan, Azərbaycan və AB Avropaya qaz nəqlinin əsas prinsiplərinə dair üçtərəfli sənəd üzərində işi davam etdirir

Türkmənistan, Azərbaycan və AB Avropaya qaz nəqlinin əsas prinsiplərinə dair üçtərəfli sənəd üzərində işi davam etdirir
# 22 may 2013 12:00 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. “Türkmənistan, Azərbaycan və Avropa Birliyi Xəzər regionundan Avropaya qaz nəqlinin əsas prinsiplərinə dair üçtərəfli sənəd üzərində ciddi, məzmunlu iş aparırlar”. APA-nın İTAR-TASS agentliyinə istinadən yaydığı məlumata görə, bu fikirləri Aşqabadda keçirdiyi mətbuat konfransında Türkmənistanın xarici işlər naziri Rəşid Meredov söyləyib.

XİN başçısı Transxəzər qaz kəmərinin tikintisini kifayət qədər real sayır: “Avropaya enerji nəqlinin etibarlılığı bizim tərəfdaşlıq sxemimizi necə qurmağımızdan asılıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR