Göyçayda baş verən yol qəzasında 6 aylıq körpə ölüb, sürücü və ailənin daha 4 üzvü ağır xəsarət alıb - VİDEO

Göyçayda baş verən yol qəzasında 6 aylıq körpə ölüb, sürücü və ailənin daha 4 üzvü ağır xəsarət alıb - <span style="color: red;">VİDEO
# 15 fevral 2014 20:49 (UTC +04:00)

APA-nın məlumatına görə hadisə fevralın 15-də axşam saat 20:00 radələrində yolun 195-ci kilometrliyində, Göyçayın Qaraməryəm kəndi ərazisində qeydə alınıb. Göyçay şəhər sakini 1976-cı il təvəllüdlü Ayaz Ağarəhimovun idarə etdiyi 55-BE-717 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik maşını qarşı tərəfdən gələn 1966-cı il təvəllüdlü Əbülfət Allahverdiyevin idarə etdiyi 90-XE-769 dövlət nömrə nişanlı “Mitsubishi Pajero” markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində sürücü Ayaz Ağarəhimov, onun həyat yoldaşı 1981-ci il təvəllüdlü Günel Ağarəhimova, övladları 2004-cü il təvəllüdlü Zərəngül Ağarəhimova və 2005-ci il təvəllüdlü Fidan Ağarəhimova, elədə də “Mitsubishi Pajero”nun sürücüsü Əbülfət Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Ailənin 6 aylıq körpəsi Məhəmməd Ağarəhimov aldığı xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR