Rumıniya və Azərbaycan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək - FOTO

Rumıniya və Azərbaycan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək - <span style="color: red;">FOTO
# 15 yanvar 2014 11:36 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Ötən il Azərbaycanla Rumıniya arasında əlaqələrin möhkəmləndirilməsi nöqteyi-nəzərdən çox əhəmiyyətli olub və bu əlaqələr strateji tərəfdaşlığa söykənir.

APA-nın məlumatına görə, bunu Rumıniya Milli Mədəniyyət Günü ilə əlaqədar Bakıda ucaldılan rumın bəstəkarı Corce Eneskunun abidəsini ziyarət edən Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2013-cü ildə Rumıniyanın baş naziri, parlamentin aşağı palatanın sədri, xarici işlər naziri Azərbaycana səfər ediblər. Bu il isə Rumıniya və Azərbaycan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.

Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfərini şərh edən diplomatın sözlərinə görə, çox simvolikdir ki, prezident bu il ilk xarici səfərini NATO-ya edib: “Bu, Azərbaycanla NATO arasında əlaqələrin bu il də uğurla davam edəcəyinə bir işarədir. Azərbaycan NATO-nun vacib tərəfdaşdır və əlaqələr strateji səviyyədədir. Azərbaycan Əfqanıstana həm əsgərlərini göndərməklə, həm maliyyə köməyi etməklə, həm də əfqan mütəxəssislərə treninqlər keçirməklə böyük töhfələr edib. Təşkilat bu töhfələri yüksək qiymətləndirir”.

D.K.Çobanu eyni zamanda Rumıniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrə də toxunub. O bildirib ki, Rumıniya “Cənub qaz dəhlizi”nin açılmasını alqışlayır. Səfir əlavə edib ki, hazırda onun təmsil etdiyi ölkə Azərbaycan, Gürcüstan və Macarıstanla AGRI layihəsi üzrə birgə işlər aparır: “Biz həmçinin düşünürük ki, nəqliyyat sahəsində də əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanlar var. “Qara dəniz - Xəzər dənizi” adlı birgə layihəmiz mövcuddur. Bu istiqamətdə də işlər aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR