® «Infipro Inc.» şirkəti İstanbulda keçirilən beynəlxalq İKT konfransında iştirak edib

<font color=red>® </font>«Infipro Inc.» şirkəti İstanbulda keçirilən beynəlxalq İKT konfransında iştirak edib
# 07 noyabr 2013 11:31 (UTC +04:00)

Azərbaycanı konfransda təmsil edən «Infipro Inc.» vençur investisiya şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu il keçirilən konfransa maraq çox böyük olub.

Təşkilatçıların verdiyi məlumata görə, tədbirdə 100-dən artıq ölkədən 8 000 nəfər, o cümlədən, 500-dən artıq media nümayəndəsi iştirak edib.

Webit Konfransı çərçivəsində dünyanın 200-dən artıq aparıcı ekspertləri çıxış edib. Onların arasında «Yahoo», «Nokia», «PayPal», «Volkswagen», «Facebook», «Mastercard», «Blackberry», «Intel», «Yandex», «IBM», «Acer», «Lenovo» kimi tanınmış şirkətlərin ekspertləri də olub. Tədbir çərçivəsində ümumilikdə 11 konfrans, həmçinin sərgi, seminarlar və s. keçirilib.

Azərbaycanı Webit Konfransında «Manads» mobil reklam texnologiyası şirkəti və «Infipro Inc.» vençur investisiya şirkəti təmsil edir. Fəaliyyətə başlamasından qısa müddət keçməsinə baxmayaraq, artıq uğurlar qazanan, fərqli texnologiyanın tətbiqi ilə reklam sahəsinə yenilik gətirən «Manads» Webit Konfransı çərçivəsində ekspertlərlə fikir mübadiləsi aparıb, həmçinin Türkiyə bazarını araşdırmaq niyyətindədir.

«Manads» layihəsinin investoru olan «Infipro Inc.» «Manads»ın artan imkanlarına və perspektivlərinə inanaraq layihənin qlobal bazara çıxışı üçün strateji tərəfdaş axtarışına başlayıb. Konfrans çərçivəsində bununla bağlı müxtəlif görüşlər keçirilib.

Qeyd edək ki, «Infipro Inc.» Azərbaycanda informasiya texnologiyalarının inkişafına dəstək verməkdə davam edir. Noyabrın 7-9-da Bakıda keçiriləcək Startup Günləri tədbirinin sponsorlarından biri də məhz «İnfipro Inc.»dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR